Ana səhifə / Layihələrimiz
Şirkətimiz tərəfindən Baku Medical Plaza klinikalar şəbəkəsinin bir neçə binasının tikintikisi həyata keçirilmişdir. Həmin binalar 2010-2013-cü illərdə istismara təhvil verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Gəncə şəhərində 29 nömrəli 960 şagird yerlik tam orta məktəb binasının sökülərək yenidən tikilməsi işləri Azinvest İnşaat Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hayata keçirilir. Məktəb binası 3 mərtəbədən ibarətdir.
Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 139 ünvanında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ərazisində yeni tədris korpusunun tikintisi Azinvest İnşaat Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hayata keçirilir.
Abşeron rayonu Xırdalan şəhəri Kristal-2 adlanan ərazidə 2000 şagird yerlik yeni tam orta məktəbin tikintisi Azinvest İnşaat Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hayata keçirilir. Məktəb binası 4 mərtəbədən ibarətdir.