Ana səhifə / Layihələrimiz
Abşeron rayonu Xırdalan şəhəri Kristal-2 adlanan ərazidə 2000 şagird yerlik yeni tam orta məktəbin tikintisi Azinvest İnşaat Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hayata keçirilir. Məktəb binası 4 mərtəbədən ibarətdir. Məktəbin ümumi tikinti sahəsi 16640 kvadrat metr, binanın tikinti sahəsi isə 4541 kvadrat metr təşkil edir. Məktəbin həyətyanı sahəsinin ümumi ölçüsü 1.7 hektardır. Binanın içərisində hər biri 540 kvadrat metr sahəyə malik olan 2 ədəd qapalı idman zalı mövcuddur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Gəncə şəhərində 29 nömrəli 960 şagird yerlik tam orta məktəb binasının sökülərək yenidən tikilməsi işləri Azinvest İnşaat Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hayata keçirilir. Məktəb binası 3 mərtəbədən ibarətdir.
Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 139 ünvanında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ərazisində yeni tədris korpusunun tikintisi Azinvest İnşaat Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hayata keçirilir.
Abşeron rayonu Xırdalan şəhəri Kristal-2 adlanan ərazidə 2000 şagird yerlik yeni tam orta məktəbin tikintisi Azinvest İnşaat Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hayata keçirilir. Məktəb binası 4 mərtəbədən ibarətdir.