Ana səhifə / Layihələrimiz

Suraxanı rayonu – “Poliklinika” binası

Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunmuş, Bakının sürətlə inkişaf edən şərq hissəsində Hövsan Yaşayış Kompleksində tibb xidmətlərin üçün təmin olunması istiqamətində mühüm addım atılaraq «Azİnvest İnşaat» QSC tərəfindən layihələndirilib inşa edilib. 


Ətraf əraziləri baxımından cəlbedici xarici görünüşü olan bu “Poliklinika” binası xüsusi olaraq istifadəçilərin maksimum rahatlığı üçün layihələndirilib.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayış kompleksi -  “Poliklinika binası”.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  22.02.2017- ci il tarixli, 136s saylı Sərəncamına əsasən əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə  Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində çoxmənzilli binaların  tikilməsi qərarı verilmişdir. Qərara əsasən layihə  Azərbaycan Respublikasının Prezidentinin yanında Mənzil İnşaat  Dövlət Agentliyinin tabeliyində olan  " MİDA "  Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilmişdir.


Binanın konstruksiyası dəmir-beton konstruksiyadan nəzərdə tutulmuşdur.

Xarici divarların hörgü işləri mişar daşından , daxili divarların hörgü işləri isə boşluqlu kərpicdən nəzərdə tutulmuşdur.

Binanın ventilyasiyalı fasadı keramoqranit materialından üzlənməklə yerinə yetirilmişdir.  Binanın ümumi sahəsi 4946.67 m2-dır. O cümlədən zirzəmi mərtəbəsinin sahəsi 939.81 m2-dır.

Poliklinika binasının otaqlarında optimal temperaturu əldə etmək üçün VRV sistemi quraşdırılmışdır. VRV sisteminin xarici blokları binanın damında yerləşdirilmişdir.

Suraxanı rayonu – “Poliklinika” binası

Son layihələr

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 21A ünvanında tikintisi nəzərdə tutulan 7 mərtəbəli otel binası

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 21A ünvanında tikintisi nəzərdə tutulan 7 mərtəbəli otel binası
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin  Biznes və İqtisadiyyat Fakültəsi binasının tikintisi

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsi binasının tikintisi

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Mühəndislik fakültəsi binasının tikintisi

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Mühəndislik fakültəsi binasının tikintisi
Kəlbəcər rayonunda İstisu ərazisində layihələndirilən müalicə-istirahət kompleksi

Kəlbəcər rayonunda İstisu ərazisində layihələndirilən müalicə-istirahət kompleksi

Yeni obyektə sağlamlıq mərkəzi kompleksi, hovuzlu dörd villa, altı kiçik villa, iki və üçmərtəbəli inzibati binalar və digər yardımçı və inzibati binalar daxildir.