Ana səhifə / Layihələrimiz

Gəncə şəhər İdman Liseyi

Ən yüksək beynəlxalq standartlara uyğun inşa olunmuş İdman Gimnaziyası, Gəncə şəhəri, H.Əliyev prospekti 694 ünvanında yerləşir. Futbol təmayüllü, zirzəmili, 4 mərtəbəli idman gimnaziya binasının əsaslı təmiri və yeni 1 mərtəbəli idman zalının tikintisi layihəsi 10 iyul 2019cu il tarixdə başlanılıb. Hal-hazırda tikinti işləri davam etdirilir.
"Azİnvest İnşaat" QSC yüksək ixtisaslı və peşəkar heyətinin nəzarəti altında gimnaziyada təhsil alacaq tələbələrin idmana marağın artırılması üçün regionda ən rahat və yüksək səviyyəli mühiti təmin edəcəkdir.

 

Gəncə şəhəri, Heydər Əliyev prospekti 694 ünvanında yerləşən 1saylı futbol təmayüllü zirzəmili, 4 mərtəbəli idman gimnaziya binasının əsaslı təmiri və yeni 1 mərtəbəli idman zalı.

Cəmiyyətimiz tərəfindən Gəncə şəhərindəki futbol təmayüllü mövcud idman gimnaziya binasınin əsaslı təmiri , yeni idman zalı binasının tikintisi, futbol meydançasının , basketbol meydançasının və texniki qurğuların tikintisi davam etdirilməkdədir. Ümid edirik ki, gənclər üçün yaradılacaq yeni idman kompleksi ölkəmizin idmanına bəhərli tövhələr verəcəkdir.

İdman zalı binasının xarici və daxili divarlar mişarlanmış əhəng daşından hörülür.

Daxili divarlar içi boşluqlu kərpic hörgü ilə nəzərdə tutulmuşdur.

Divarlar öz aralarında və sütunlarla qovuşma yerlərində hörgünün hündürlüyü boyunca hər h=60 sm dən bir metal torla bağlanmaqla hörülmüşdür.

 

İdman Zalının mərtəbə hündürlüyünün 6100 mm olduğu üçün bütün divarlarda 2200 mm səviyyələrində Monolit dəmir beton kəmərlər verilmişdir.

 Binanın fasadların üzlənilməsində suvaq üzərinə şurşavik və  emulsiya fasad boyasından istifadə edilməsi  nəzərdə tutulmuşdur.
 Gimnaziya binasının ümumi sahəsi 3757.39 m2-dir.

 İdman zalının ümumi sahəsi 613.17 m2-dir.

Gəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman LiseyiGəncə şəhər İdman Liseyi

Son layihələr

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 21A ünvanında tikintisi nəzərdə tutulan 7 mərtəbəli otel binası

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 21A ünvanında tikintisi nəzərdə tutulan 7 mərtəbəli otel binası
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin  Biznes və İqtisadiyyat Fakültəsi binasının tikintisi

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsi binasının tikintisi

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Mühəndislik fakültəsi binasının tikintisi

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Mühəndislik fakültəsi binasının tikintisi
Kəlbəcər rayonunda İstisu ərazisində layihələndirilən müalicə-istirahət kompleksi

Kəlbəcər rayonunda İstisu ərazisində layihələndirilən müalicə-istirahət kompleksi

Yeni obyektə sağlamlıq mərkəzi kompleksi, hovuzlu dörd villa, altı kiçik villa, iki və üçmərtəbəli inzibati binalar və digər yardımçı və inzibati binalar daxildir.